ABŞ-nin Azərbaycandakı səfirinin arxasınca su tökdülər
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin səlahiyyət müddəti başa çatıb.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşılan fotolardan biri isə xüsusi diqqət çəkib. Belə ki, Azərbaycan adət-ənələrinə uyğun olaraq yola salınan səfirin arxasınca su tökülməsi maraqla qarşılanıb.