ABŞ İranı İsrailin hücumuna cavab verməməyə ÇAĞIRDI

ABŞ hakimiyyəti İran rəhbərliyini İsrailin hücumuna cavab verməkdən imtina etməyə və zərbə mübadiləsinə son qoymağa çağırıb.
Ajans.az "anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bu barədə Amerika administrasiyasının nümayəndəsi brifinqdə bildirib.
Onun sözlərinə görə, oktyabrın 26-na keçən gecə İsrailin İrana hücumu zərbə mübadiləsini tamamlamalıdır. O, həmçinin qeyd edib ki, Vaşinqton İrana yaxın bir çox Yaxın Şərq dövlətlərindən oxşar çağırışlar eşidir.