ABŞ-da təbii fəlakət: 9 nəfər öldü

Gündəm
17-02-2025 - 07:57
ABŞ-ın Kentukki və Corciya ştatlarında baş vermiş güclü tufan nəticəsində 9 nəfər ölüb.
Ajans.az xəbər verir ki, yolları və evləri su basması nəticəsində 8 nəfər Kentukki ştatında həyatını itirib. Qubernator Endi Beşarın sözlərinə görə, bir sutkadan az müddətdə bölgədə mindən çox xilasetmə əməliyyatı həyata keçirilib. Hazırda ştatda 300-dən çox yol bağlanıb.
Daha bir nəfər Corciya ştatında ölüb.
Qərbi Virciniya, Virciniya, Kentukki, Arkanzas, Corciya və Tennessi ştatları daşqın xəbərdarlığı altındadır.
Mövzular:
Oxşar xəbərlər
Ramiz Mehdiyevə cinayət işi açıla bilər? - AMEA-da cinayət tərkibli nöqsanlar aşkarlandı
Gündəm14:53 / 18-10-24