8 mindən çox əhalisi olan qəsəbənin yol problemi: Acınacaqlı vəziyyət

Sabunçu rayonu Bilgəh kəndinin sakinləri yol problemindən əziyyət çəkirlər.
Ajans.az xəbər verir ki, bu barədə qəsəbə sakinləri video çəkərək saytımıza göndəriblər. Qəsəbənin “Azərbaycan qadını” küçəsi acınacaqlı vəziyyətdədir. Sakinlərin yoldan istifadə etməsi ciddi problemə çevrilib. Bu isə məktəblilərin dərsə davamiyyətinə ciddi təsir göstərir. Ərazidə yaşayan əhali narazıdır. Qeyd edək ki, təkcə adıçəkilən küçə deyil, bir neçə küçə də eyni acınacaqlı vəziyyətdədir.
Həmin görüntüləri sizə təqdim edirik:
View this post on Instagram