6 illik cinayətin üstü bu cür açıldı - FOTOLAR
Arnavutköydə 6 il əvvəl itən 5 yaşlı qızın cəsədi Sazlıbosna bəndində tapılıb.
Ajans.az xəbər verir ki, qızın qardaşı qətli atasının törətdiyini deyib. Ata və onun iki keçmiş arvadı saxlanılıb.
2018-ci ildə İstanbulun Arnavutköy səmtində gecə vaxtı balıq tutan qrup çubuqlarına ilişmiş parçanı sahilə çıxararkən 5 yaşlı qızın cəsədi ilə rastlaşıb. Xəbərlərin ardından hadisə yerinə çoxlu polis qrupları göndərilib. M.İ. Ədliyyə Tibb Təşkilatının ekspertizası zamanı 5 yaşlı adlı qızın 2 gün əvvəl öldürüldüyü, daha sonra isə bəndə atıldığı müəyyən edilib.
Polis qətllə bağlı Ədliyyə Tibb İnstitutundan gələn hesabat üzərində iş aparıb. Araşdırmalar nəticəsində ailə üzvlərindən ifadələr alınsa da, heç bir şübhəli hal aşkar edilməyib.
Hadisədən 6 il sonra Esenyurt rayonunda qətlə yetirilən qızın qardaşı oxuduğu məktəbdə məsləhətçinin yanına gedərək “Atam bacımı öldürüb gölə atdı” deyib. Vəziyyətdən şübhələnən müəllim polis qruplarına xəbər verib. Uşaq polis qrupları tərəfindən himayə altına alınıb və pedaqoqun müşayiəti ilə detalları izah edib.
Araşdırmalar nəticəsində ata və iki keçmiş həyat yoldaşı nəzarətə götürülüb. İstanbul Polis İdarəsi Asayiş Şöbə Müdirliyinə aparılan şübhəlilərin Cinayət Bürosunda dindirmələri davam edir.