İtkin düşən qadın 50 il sonra ORTAYA ÇIXDI - ŞOK

İtkin düşən qadın 50 il sonra
Kriminal 07-10-2024 - 12:22
 74

ABŞ-də 1974-cü ildə yoxa çıxan qadın müəyyən edilib.

Ajans.az xəbər verir ki, bu barədə Cənubi Karolina İctimai Radiosu məlumat verib. Bildirilib ki, 50 il əvvəl yoxa çıxan Leola Etta Bryantın azı 90 qadını öldürməkdə ittiham edilən qatil Samuel Littl tərəfindən öldürüldüyü müəyyən olunub. Belə ki, 1977-ci ildə Şimali Çarlstonda Quus Krik yaxınlığında bir işçi kolların arasında səpələnmiş insan qalıqlarına rast gəlib. Həmin dövrdə patoloqlar qurbanın cinsini müəyyən edə bilməyib. Yalnız 40 il sonra qalıqlar Kriminal Antropologiya Mərkəzinin yerləşdiyi Şimali Texas Universitetinə aparılıb. Tədqiqatçılar biomaterialın 30—60 yaşlı, kiçikboylu, qaradərili qadına aid olduğunu müəyyənləşdirib.

Bundan sonra, qadının cəsədi Floridaya göndərilib. Burada kriminoloqlar qadının görünüşü ilə bağlı yeni müddəalar ərsəyə gətirib. Eyni zamanda, FTB agentləri DNT-dən istifadə edərək onun mümkün qohumlarını tapmağa çalışıb. Nəticədə qadının məşhur manyak S.Littlin qurbanlarından biri olduğu ortaya çıxıb. Littl ölümündən əvvəl öldürdüyü bütün qadınların portretini çəkib. Şəkillərin içində Bryantın da şəkli olub.

PAYLAŞ: