17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

17 Noyabr
Gündəm 17-11-2024 - 07:00

Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Ajans.az xəbər verir ki,Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunub.

Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının mərkəzi sayılan Azadlıq (keçmiş Lenin) meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı.

PAYLAŞ: