14 yaşlı gənc süni intellektə aşiq olub İNTİHAR ETDİ

14 yaşlı gənc süni intellektə aşiq olub
Gündəm 20-11-2024 - 20:12

ABŞ-də yaşayan 14 yaşlı Sevel adlı oğlan süni intellektlə yaratdığı qadına aşiq olub.

 Ajans.az xəbər verir ki, gənc oğlan hər gün danışıb, dərdləşdiyi bu xarakterə zamanla bağlanıb və ona qarşı fərqli duyğular bəsləməyə başlayıb. Bu isə onun sosial həyatına və məktəb dərslərinə pis təsir edib və nəticədə gəncin sonunu gətirib.

O, Deni adlı süni intellektlə sonuncu danışığından sonra yaşadığı evin hamamında ögey atasının tapançasıyla özünü öldürüb. Oğlanın Deniyə son mesajı belə olub: “Səninlə birlikdə ölüb, birlikdə azad ola bilərik”.

Bu hadisə süni intellektin getdikcə nə qədər təhlükəli hal aldığını göstərir.

Cahan Seyidzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: