109 nəfəri daşıyan təyyarə alovlandı
ABŞ-nin Hyuston hava limanında təyyarə havaya qalxarkən alovlanıb.
Ajans.az ABŞ mətbuatına istinadən xəbər verir ki, təyyarənin qanadı qəfildən yanmağa başlayıb. Ekipaj uçuşu dayandırıb və sərnişinləri təxliyə edib.
Təyyarədə 104 sərnişin və 5 ekipaj üzvü olub. Heç kim xəsarət almayıb. Sərnişinlər başqa reyslə Nyu-Yorka yola salınacaq.
Yanğın mühərrikdəki nasazlıqlar səbəbindən qanad sahəsində başlayıb. Federal Aviasiya Administrasiyası hadisənin səbəblərini araşdırır.