Zəngəzurla bağlı yeni xəbər: Petrosyan hərəkətə keçdi

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan dünən evində Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İravunk” qəzeti məlumat yayıb.
Sabiq prezidentin sözçüsü Arman Musinyanın sözlərinə görə, bir saatdan çox davam edən söhbətdə Ermənistan-Rusiya münasibətləri, regional və daxili təhlükəsizliklə bağlı məsələlərə toxunulub.
Bundan bir neçə gün əvvəl Ter-Petrosyan İranın Ermənistandakı səfiri Mehdi Sübhani ilə də görüşüb. O, iranlı diplomatla bir saat yarım danışıb.
Digər yandan, Paşinyan KTMT-dən çıxmaqla bağlı həll olunmamış məsələni bağlamalıdır. Baş nazir bununla bağlı onu narahat edən suallara cavab tapmağa, həmçinin Rusiya tərəfi ilə (Zəngəzurdan keçəcək) dəmir yoluna nəzarət məsələsində qarşılıqlı məqbul variantları müzakirə etməyə başlamağa çalışır”, - nəşr bildirir.