Zəlzələdən qaçan robot tozsoran... - VİDEO
Kaliforniyada zəlzələdən sonra küçələrdə rouminq edən robot tozsoranın görüntüləri gündəm olub.
Ajans.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində “ABC News” paylaşım edib.
Şəbəkə istifadəçiləri zarafatla təklif edib ki, tozsoran sahiblərini zəncirlə gəzdirməyə məcbur edən qanun qəbul edilsin, zəlzələ zamanı hətta məişət texnikasında da özünü qorumaq instinkti var.
Ehtimal olunur ki, evdən qaçan amerikalılar qapını kilidləməyiblər, nəticədə tozsoran otaqdan çıxıb və enerji doldurmaq üçün baza axtarışında küçələrdə dolaşıb.
Qeyd edək ki, Dekabrın 5-də ABŞ-nin Kaliforniya ştatında 7,0 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Fortuna şəhərindən 56 km cənub-qərbdə, ocağı isə 14 km dərinlikdə yerləşib.