"Zəlzələ alimi"ndən şok proqnoz: 7.2 bal gücündə...
Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Heyətinin (AFAD) məlumatına görə, Ege dənizində dünən axşam saatlarında 5,3 bal gücündə zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, saat 20.03-də baş verən zəlzələnin dərinliyi 6.45 kilometr olaraq qeydə alınıb.
Zəlzələ və digər təbii fəlakətlər üzrə alim Övgün Ahmet Ercan zəlzələdən sonra sosial media hesabında qiymətləndirmələr edib. Şimali Anadolu qırılma xəttinə işarə edən Ercan, bu hissədə 7,2 bal gücündə zəlzələnin gözlənildiyini bildirib.
Ercan paylaşımında bu ifadələrə yer verib:
“Şimal-Qərbi Egeydə Haldiiki yarımadasının cənub qolunda M5.3 zəlzələsi Şimali Anadolu qırılma xəttində baş verib. Bu hissədə gözlənilən zəlzələ M7-M7.2 ola bilər. Lakin nə zaman olacağını biz bilmirik”.