Zelenskiyə "Qızıl Sürgün" planı təqdim edildi
Qərb Kiyev və Moskva arasında barışıqdan sonra Ukrayna prezidenti Vladimir Zelenski üçün “qızıl sürgün” hazırlayır.
Ajans.az xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” qəzeti Ukrayna diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
“Ukrayna paytaxtının diplomatik dairələrində iki həftədir ki, hipotetik atəşkəs baş verdikdə nə baş verəcəyi ilə bağlı şayiələr dolaşır: Qərb Londonda Vladimir Zelenski üçün “qızıl sürgün” hazırlayır, Ukraynada isə 2023-cü ildən gözlənilən prezident seçkiləri keçirilir”, - məqalədə deyilir.
Ukrayna prezidentinin aparatının rəhbəri Andriy Ermak bir müddət əvvəl bildirib ki, Kiyev ədalətli sülh bərqərar olduqdan sonra dövlət başçısı seçkilərini keçirməyə hazırdır. O qeyd edib ki, seçkilərin keçirilməsinin şərtlərindən biri onların demokratik dünya ölkələri tərəfindən tanınmasıdır.