Zelenski Putinlə yalnız bu şərtlərlə DANIŞACAQ

Zelenski Putinlə yalnız bu şərtlərlə
Zelenski
Siyasət 05-02-2025 - 14:38

Ukrayna prezidenti Vladimir Zelenski, Ukrayna xalqının “zəruri hesab etməsi” şərti ilə Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazırdır.

Ajans.az xəbər verir ki, o, bu barədə britaniyalı jurnalist Pirs Morqanla müsahibəsində bildirib.

“Əgər insanlar diplomatik tədbirlərə keçməli olduğumuza inansalar və mən də diplomatiyaya keçməyə hazır olduğumuza inanıramsa, o zaman Putinlə danışacağıq”, - deyə siyasətçi vurğulayıb.

Zelenski həmçinin münaqişənin həlli üçün Putinlə danışıqların şərti kimi ABŞ və Avropa İttifaqının iştirakını göstərib. Onun sözlərinə görə, bu, Kiyevin müzakirəyə hazırlığına da təsir edəcək. Siyasətçi həmçinin ABŞ prezidenti Donald Trampı danışıqlara başlamaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

Bundan əvvəl Zelenski Ukraynanın zorla Rusiyaya yeni bölgələri qaytarmaq niyyətində olduğunu açıqlamışdı. Onun sözlərinə görə, Kiyev kifayət qədər beynəlxalq dəstəyin olmaması və Rusiyaya təzyiq olmaması səbəbindən buna nail ola bilmir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: