Zelenski Brüsselə getdi
Ukrayna prezidenti Vladimir Zelenski “qələbə planını” nümayiş etdirmək üçün Avropa Şurasının xüsusi iclası üçün Brüsselə gedib.
Ajans.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında məlumat verib.
O, öz planını dövlət başçılarına təqdim edəcəyini bildirib ki, bütün Avropa liderləri Ukraynanın mövqelərini necə dəstəkləyəcəklərini eşitsinlər. O dəvətə görə Avropa Şurasının prezidenti Şarl Mişelə təşəkkür edib. Prezident həmçinin Avropa Parlamentinin sədri Roberta Mezola, NATO-nun baş katibi Mark Ruegge və Avropa Parlamentinin siyasi qruplarının rəhbərləri ilə görüşlər keçirəcəyini açıqlayıb. Bundan əlavə, Zelenski müdafiə nazirləri səviyyəsində Ukrayna-NATO Şurasının iclasına hazırlaşır.