Zaxarova ruslara XƏBƏRDARLIQ ETDİ
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rusları ABŞ, Kanada və bəzi Aİ ölkələrinə səyahətdən çəkinməyə çağırıb.
Ajans.az xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu ölkələrdə həmvətənlərinin gəlirli kommersiya və ya turist təklifləri bəhanəsi ilə xaricə şirnikləndirilməsi, ardınca isə saxlanması və deportasiyası ilə bağlı saxtakarlıq sxemi mövcuddur.
Bundan əlavə, Zaxarova xaricdə olduqları müddətdə rusiyalıları təxribatların qurbanı ola biləcəkləri və ya həbs oluna biləcəkləri vəziyyətlərdən qaçmağa çağırıb.
Bundan əvvəl Zaxarova ABŞ və Aİ-nin müharibə rəsmilərini yarı ölü toyuqlara bənzədib.