Zaqatalada "BMW" YANDI

Zaqatalada "BMW"
Gündəm 27-02-2025 - 22:21

Zaqatalada "BMW" yanıb.

Ajans.az xəbər verir ki,Zaqatala rayonu Yuxarı Tala kənd ərazisində İsmayılov Elnur Salavat oğluna məxsus "BMW" markalı 77-DF-119 dövlət qeydiyyat nişanlı minik avtomobilində yangın baş verib. Yanğın yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası cəlb olunub. Yanğın zamanı minik avtomobilinin mühərrik hissəsi qismən yanğına məruz qalıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

PAYLAŞ: