Yusuf Güney “Yadplanetli” sevgilisini paylaşdı

Yusuf Güney “Yadplanetli”
Gündəm 26-02-2025 - 20:46
 234

Türkiyəli müğənni Yusuf Güney əvvəlcə astral səyahətə çıxdığını və Andromeda qalaksiyasında 100 yaşında bir sevgilisi olduğunu iddia edərək gündəmə gəlmişdi.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, son olaraq bu iddiasını bir addım daha irəlilədən Güney sevgilisini "İşte sizə maraqla gözlənilən sevdiciyim" sözləri ilə paylaşıb.  

Qeyd edək ki, Güney, bir proqramda verdiyi açıqlamada demişdi: "Dünyada sevgilim yoxdur, amma Andromeda qalaksiyasında, Kepler 32-36 DDGC-də bir qadınla bərabərəm. O, 900 yaşına qədər yaşaya bilir və hazırda 100 yaşında. Dünyaya görə 18-19 yaşlarında, çox gözəl bir qadın".

Sosial mediada böyük səs-küyə səbəb olan bu açıqlamalardan sonra Güney iddialarına açıqlıq gətirərək bunun sadəcə bir zarafat olduğunu vurğulayıb.

Müğənni, "Zarafat da edə bilmirik! Müsahibədə zarafat etdiyimi dəfələrlə dedim. İctimaiyyətə zarafat edə bilmirik və nəticə: ciddi olduğumu düşünən böyük bir kütlə... Ah ah!" deyərək etirazını bildirib. 

PAYLAŞ: