"YouTube"da böyük fasilə yarandı
“YouTube” videohostinq xidmətində böyük fasilə yaranıb.
Ajans.az xəbər verir ki, bu barədə “Sboy.rf” məlumat verib.
Qeyd olunur ki, videohostinqin fəaliyyətində problem olduğunu qeyd edən istifadəçilərdən daxil olan şikayətlərin sayı 8,6 mini keçib.
Rusiyanın bir sıra regionlarının sakinləri problemlər barədə məlumat verib. Ən çox şikayətlər (33 faiz) Moskva, Sankt-Peterburq (14 faiz) və Krasnodar diyarından (7 faiz) daxil olub.
Bundan əvvəl RT telekanalının rəhbəri Marqarita Simonyan “YouTube” rəhbərliyinə müraciət edib. O, video hostinq şirkətini Rusiyadan olan jurnalistlərə və ictimai xadimlərə qarşı “layiqli davranmağa” çağırıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ölkədə “YouTube” və “Google”un özləri üçün problemli vəziyyətlər yaratdığını bildirmişdi.