Yekun sülh sazişi ilə bağlı YENİLİK: İrəvan və Azərbaycan...

Yekun sülh sazişi ilə bağlı YENİLİK:
İrəvan Bakı
Siyasət 15-11-2024 - 11:32

İkitərəfli münasibətlərin gələcək inkişafı və Ermənistanla ABŞ arasında əməkdaşlığın dərinləşməsi çox vacibdir.

Ajans.az xəbər verir ki, bu barədə noyabrın 14-də Ermənistanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Lilit Makunts və ABŞ senatoru Rocer Uiker arasında keçirilən görüşdə məlumat verilib. 

Ermənistanın ABŞ-dəkı səfirliyindən verilən məlumata görə, görüş zamanı senatorun rəhbərlik etdiyi ABŞ Helsinki Komissiyası nümayəndə heyətinin bu ilin iyulunda Ermənistana səfəri və son regional hadisələr müzakirə olunub.

Makunts xüsusilə Ermənistan və Azərbaycan arasında sülh prosesi ətrafında mövcud vəziyyəti təqdim edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: