Yaxın Şərqdə kritik dönüş nöqtəsi: Müharibə bu ərazilərdə GENİŞLƏNƏCƏK

Siyasət
08-10-2024 - 10:03
Milli Kəşfiyyat Akademiyasının prezidenti Talha Köse 7 oktyabr hadisələrindən sonra Yaxın Şərqdəki hadisələrin kritik dönüş nöqtəsində olduğunu və İsrailin mümkün hərbi müdaxiləsinin ABŞ-ı müharibəyə sürükləyə biləcəyini bildirib.
Ajans.az "haberler"ə istinadən xəbər verir ki, çox kritik bir dönüş nöqtəsində olduğunu deyən Köse İrana qarşı çox daha əhatəli hərbi müdaxilə olarsa, İsrail və ABŞ-ın bu müharibəyə sürüklənməsi ehtimalının olduğunu bildirib.
ABŞ-ın sürükləndiyi bir mühitdə Rusiya və Çin belə gərginlikdə neytral qala bilməzlər. Ona görə də hazırda regional münaqişə kimi görünən bu müharibə çox fərqli müstəviyə keçə bilər.
Mövzular:
Oxşar xəbərlər
500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
Siyasət09:54 / 21-04-25