Yardımlıda məktəb binasında yanğın

Yardımlıda məktəb binasında
yanğın
Hadisə 12-02-2025 - 15:15

Yardımlı rayonunun Şiləvəngə kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.

Bu barədə Ajans.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞ: