Yaponiya şahzadəsi vəfat etdi
Yaponiya şahzadəsi Mikasa 101 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.
Onun həyati orqanlarının tədricən sıradan çıxması səbəbindən ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi qeyd edilir.
Şahzadə Mikasa 2016-cı ildə 101 yaşında vəfat edən Şahzadə Mikasanın həyat yoldaşı olub. O zaman o, Yapon imperator ailəsinin ən yaşlı üzvü idi.
Şahzadə Mikasa Yaponiyanın keçmiş imperatoru Akihitonun əmisi idi. İkinci Dünya Müharibəsi zamanı süvarilərdə xidmət edib və işğal olunmuş Çində döyüşlərdə iştirak edən qoşunlar sırasında olub.