Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

Yaponiya Rusiya ilə sülh müqaviləsi
sülh
Dünya 29-11-2024 - 12:25

Yaponiya münasibətlərdəki çətinliklərə baxmayaraq, ərazi probleminin həllinə və Rusiya ilə sülh müqaviləsinin bağlanmasına sadiq qalır.

Ajans.az xarici KİV-ə  istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Şiqeru İşiba deyib. 

"Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi problemini həll etməyə və sülh müqaviləsi bağlamaqda davam edəcək", - o, parlamentdə əsas nitq söyləyib.

PAYLAŞ: