Yanacaqdoldurma məntəqəsindəki partlayışa görə onu HƏBS ETDİLƏR
Məhkəmə oktyabrın 12-də Çeçenistanda partlayışların və yanğının baş verdiyi Qroznıda yanacaqdoldurma məntəqəsinin sahibini həbs edib.
Ajans.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə region üzrə İstintaq Komitəsinin məlumatında deyilir. Həmin şəxs ehtiyatsızlıqdan ölümlə nəticələnən təhlükəsizlik tələblərinə cavab verməyən işləri görməkdə şübhəli bilinib.
Yanğın baş verən yanacaqdoldurma məntəqəsinin sahibi müstəntiqin tələbi ilə nəzarətə götürülüb. İstintaq Komitəsinin məlumatına görə, şübhəli şəxs 2024-cü il oktyabrın 12-də iki azyaşlı uşaq daxil olmaqla dörd nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi Qroznı şəhərindəki LIONTEK yanacaqdoldurma məntəqəsinin sahibidir.