Xocalıda 33 ildən sonra ilk körpə dünyaya gəldi

Cəmiyyət
04-02-2025 - 09:41
İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.
Ajans.az xəbər verir ki, Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır. Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, qazi, müharibə veteranıdır. Hazırda ANAMA- da işləyir. Məmmədovlar ailəsi bir müddət əvvəl Ballca kəndinə köçüblər.
Oxşar xəbərlər
Hikmət Hacıyev Belarusun diplomatik fəaliyyəti başa çatan səfirini qəbul etdi
Cəmiyyət07:40 / 24-01-25
Mehriban Əliyeva Zəfər parkı və Dövlət Bayrağı Meydanı ilə bağlı paylaşım etdi
Cəmiyyət08:31 / 08-11-24