XİN Amerikaya başsağlığı verdi

Siyasət
11-01-2025 - 05:07
Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniyada baş verən meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökümətinə və xalqına başsağlığı verib.
Ajans.az xəbər verir ki, nazirlik bu barədə “X” hesabında paylaşım edib.
“ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə və xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - paylaşımda deyilir.
Mövzular:
Oxşar xəbərlər
"İranda dövlət qərarlarını verən ali dini hakimiyyətdir. Təxribatçı mövqelə... AÇIQLAMA
Siyasət14:02 / 29-04-25