Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Əli Hüseynov vəzifəsindən azad olunub.
Ajans.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İcraçı
direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Əli Abbas oğlu Hüseynov 2020-ci ilin noyabrından xəstəxananın
direktoru
vəzifəsində çalışırdı. O, 1991-2019-cu illərdə Ağsu RMX-da baş həkimin
müavini, 2019-2020-ci illərdə isə
direktorun
müavini
vəzifəsində işləyib.