Vəzifəli şəxsi öldürməkdə şübhəli bilinirdi, meyiti tapıldı
Avstriyanın Kirhberq-ob-der-Donau şəhərinin meri Frans Hoferi öldürməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb.
Ajans.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
56 yaşlı Roland Drekslerin intihar etdiyi ehtimal olunur.
Qeyd edək ki, hadisə ötən ayın 28-də baş verib. Mer Almaniya və Çexiya ilə sərhədə yaxın Avstriyanın Mühlviertel bölgəsindəki Altenfelden kəndində öldürülüb.