Vəzifə verilən sabiq "Space TV" əməkdaşı Seyran Məmmədov kimdir? - DOSYE

Vəzifə verilən sabiq "Space TV" əməkdaşı Seyran Məmmədov kimdir? -
Gündəm 05-04-2025 - 11:52
 405

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-nin keçmiş direktoru Seyran Məmmədova yeni vəzifə verilib.

O, əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi təyin olunub.

Ajans.az-ın əldə etdiyi məlumata görə, Seyran Məmmədov uzun illər “Space TV”də ingilis dilində xəbər buraxılışının aparıcısı olub.

Bir müddət sonra Prezident Administrasiyasının mətbuat xidmətində çalışıb.

Sonra isə İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-nin direktoru vəzifəsində çalışıb. O 15 il bu vəzifədə olub. 

Fotoda Seyran Məmmədov atası Eldar Məmmədov ilə:

Seyran Məmmədov tanınmış operator, Əməkdar mədəniyyət işçisi Eldar Məmmədovun oğludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: