Çavuşoğlu Qərbi Azərbaycan İcmasının fəxri üzvü oldu
Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri (2014-2023), deputat Mövlud Çavuşoğlu Qərbi Azərbaycan İcmasının fəxri üzvü olub.
Ajans.az xəbər verir ki, ona fəxri üzvlük sertifikatı təqdim edilib.
Təqdimat mərasimi Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusuna həsr olunmuş II beynəlxalq konfransda baş tutub.