Rusiya nefti 16 faizədək UCUZLAŞDI

Rusiya nefti 16 faizədək
Gündəm 07-04-2025 - 21:56

Rusiyanın "Urals" markalı xam neftinin qiyməti aprelin ilk günlərində 14-16 faiz ucuzlaşıb.

Ajans.az RBK-ya istinadən xəbər verir ki, "Urals" nefti qiymətdə bir barelə görə təqribən 10 dollar itirib.

Bu, 2023-cü ilin iyulundan bəri ən aşağı göstəricidir.

Bildirilir ki, neftin qiymətinin azalması ABŞ-nin başlatdığı ticarət müharibələri səbəbindən fond bazarlarının ümumi enişi və OPEK+ hasilatının artımı fonunda baş verir.

PAYLAŞ: