Vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürüldü

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Ajans-a verilən məlumata görə, əməliyyat yolu ilə rayon sakinlərindən 2 ədəd tüfəng aşkarlanıb. Aparılan profilaktik tədbirlər nəticəsində isə 1 tapança və 7 ədəd sənədləri olmayan tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.
Mövzular:
Oxşar xəbərlər
Eyni təyyarədə ard-arda yanğın təhlükəsi: Təcili eniş etdilər - NƏ BAŞ VERİR?
Hadisə09:46 / 01-12-24