Valeri Gerasimov İrəvan-Bakı normallaşmasından DANIŞDI

Valeri Gerasimov İrəvan-Bakı normallaşmasından
Valeri Gerasimov
Dünya 18-12-2024 - 15:53

Rusiya Cənubi Qafqazda konstruktiv tədbirlər görür və əsasən bu səylər sayəsində Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyirlər.

Ajans.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə deyib.

“Qərbin dağıdıcı hərəkətlərindən fərqli olaraq, Rusiya bu regionda konstruktiv tədbirlər görür. Böyük ölçüdə dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişləri göz qabağındadır”, - Gerasimov bildirib.

Onun sözlərinə görə, dövlətlərarası demarkasiya xəttinin ən çətin hissələrindən birinin - Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonu arasında demarkasiyası artıq başa çatıb.

PAYLAŞ: