Ustanı döyərək qadının ayağını öpdürən şəxslər məsuliyyətə cəlb OLUNACAQ
Sosial şəbəkələrdə bir nəfərin bir qrup şəxs tərəfindən təhqir olunmasını əks etdirən görüntülər araşdırılıb.
Ajans.az "Bakues.az"a istinadən xəbər verir ki, araşdırma nəticəsində əməli törədən şəxslər müəyyən olunaraq polis orqanına gətiriliblər.
Müəyyən olunub ki, zərərçəkmiş V.Əliyev bir müddət öncə evində usta kimi işlədiyi Duana Quliyevanı sosial şəbəkədə təhqir edib və daha sonra başqa bir səbəblə qadının tanışları tərəfindən görüşə çağırılıb.
Görüş zamanı Duana Quliyevanın tanışları H.Əliyev, S.Əlizadə və P.Məmmədov zərərçəkmiş V.Əliyevi döyərək təhqir ediblər. Bununla bağlı görüntülər D.Quliyeva tərəfindən telefonla qeydə alınıb.
Hazırda araşdırma davam etdirilir. Əmələ hüquqi qiymət veriləcək.