Ürəyi dayanan şəxsi həyata belə qaytardılar - ANBAAN VİDEO

Ürəyi dayanan şəxsi həyata belə qaytardılar -
Hadisə 03-03-2025 - 17:17

Bərdə rayon xəstəxanasında həyəcanlı anlar yaşanıb. 

Ajans.az xəbər verir ki, ağır vəziyyətdə xəstəxananın təcili tibbi yardım şöbəsinə çatdırılan 1961-ci il təvəllüdlü şəxsin ürəyi dayanıb. Xəstəni həyata qaytarmaq üçün həkimlər dərhal ilkin tibbi yardıma başlayıblar.

Təxminən 10 dəqiqə davam edən proses nəticəsində xəstəni həyata qaytarmaq mümkün olub. 

Həmin anlar kameralara belə düşüb:

PAYLAŞ: