"Ukraynaya hərbi yardımı dayandırın!" - Fransız siyasətçi
Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukraynaya hərbi və maliyyə yardımını dayandırmağa çağırıb.
Ajans.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Biz Aİ-ni tərk etməli və Zelenskini silahlandırmağı və maliyyələşdirməyi dayandırmalıyıq, çünki bütün bunlar bizim əleyhimizə olacaq”, – siyasətçi bildirib.