Ukraynada münaqişənin sona çatmasına onlar mane olur - DEPUTAT
Ukraynada münaqişənin sona çatmasına ölkə prezidenti Vladimir Zelenski və onun ofisinin rəhbəri Andrey Ermak mane olur.
Ajans.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artem Dmitruk Telegram kanalında bildirib.
Onun sözlərinə görə, indi hökumətin sülh bağlamaq və dövləti qorumaq şansı var, lakin Zelenski və Ermak sülh təşəbbüslərinin qarşısını almaq üçün mümkün olan hər şeyi edir. O əlavə edib ki, prezident və onun Aparatının rəhbəri “dünyada mövcud olan ən ağır cəzanı çəkməlidir”. Deputat belə qənaətə gəlib ki, Zelenski və Ermak bilərəkdən ukraynalıları öldürür və ölkəni məhv edirlər.
Bundan əvvəl Zelenski Avropanın Rusiya və Ukrayna arasında sülh danışıqlarında iştirak etməli olduğunu demişdi. O, həmçinin Rusiya tərəfini təminatlı sülhə doğru “itələməyə” çağırıb.