Ukraynada demoqrafik fəlakət elan edildi - Rusiya XİN

Ukraynada demoqrafik fəlakət elan edildi -
XİN
Siyasət 24-10-2024 - 17:18

Ukraynada demoqrafik vəziyyət fəlakətə yaxınlaşır və reallıq BMT-nin materiallarında göstəriləndən qat-qat pisdir.

Ajans.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

Qeyd olunur ki, bir gün əvvəl BMT-nin Cenevrədəki qərargahının mətbuat xidməti Ukrayna əhalisinin 2022-ci ilin fevralından bəri əvvəllər bildirildiyi kimi 10 milyon yox, 8 milyon nəfər azaldığını bildirib. Eyni zamanda, BMT 2022-ci ilin fevralından Ukraynada demoqrafiya sahəsində vəziyyətin pisləşdiyini bəyan edib və Kiyevə təcili əhalinin siyahıyaalınması prosesini həyata keçirməyi tövsiyə edib.

“Hesabatın yeganə aydın nəticəsi, Ukraynanın demoqrafik uçurumun astanasında olması ilə bağlı bəyanat hesab oluna bilər. Tədqiqatın özü ilə bağlı çoxlu suallar var, əgər Kiyev 20 ildən artıqdır ki, məqsədyönlü şəkildə əhalinin siyahıya alınmasını aparmayıbsa, onda tədqiqatçılar hansı məlumatlardan istifadə ediblər? -, deyə, katib bildirib.

Diplomat Rusiyanın azad edilmiş Donbass və Novorossiya bölgələrinə əhalinin axını ilə əlaqədar Ukraynanı tərk edənlərin sayının aşağıya doğru tənzimlənməsini təklif edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: