Ukrayna üzrə danışıqlara dərhal başlamaq üçün Putinlə razılaşdım - TRAMP

Ukrayna üzrə danışıqlara dərhal başlamaq üçün Putinlə razılaşdım -
Tramp
Siyasət 13-02-2025 - 09:37

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ukrayna münaqişəsinin həlli üçün dərhal danışıqlara başlamaq barədə razılığa gəldiyini bildirib.

Ajans.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb. 

“Biz bir-birimizin ölkələrinə səfərlər də daxil olmaqla, çox yaxından işləmək barədə razılığa gəldik. Biz həmçinin razılaşdıq ki, komandalarımız dərhal danışıqlara başlayacaq və biz Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng etməklə başlayacağıq”, - Ağ Evin rəhbəri bildirib.

Tramp qeyd edib ki, o, ABŞ dövlət katibi Marko Rubioya, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliffə milli təhlükəsizlik müşaviri Maykl Uolza və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoffa Amerika tərəfində danışıqlara rəhbərlik etmək səlahiyyəti verib.

Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Ukraynada xüsusi əməliyyat başlayandan bəri ilk dəfə bir-birinə zəng edə biliblər. Söhbət bir saat yarım davam edib. Dialoqdan sonra Tramp yaxın gələcəkdə Ukraynada atəşkəsə nail ola biləcəyini bəyan edib və həmçinin qeyd edib ki, Vaşinqton Kiyevin iştirakı olmadan Moskva ilə birbaşa dialoq aparmaqda heç bir təhlükə görmür.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: