Paşinyan son istefalarla bağlı xalqa müraciət ETDİ

Paşinyan son istefalarla bağlı xalqa müraciət
Dünya 18-11-2024 - 11:04

Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi bir neçə hökumət məmurundan istefaya getməyi xahiş etdiyini bildirib.

Ajans.az xəbər verir ki, baş nazir Paşinyan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryanın istefasından sonra bəyanat yayıb. Mətbuatda yayılan xəbərlərə görə, daha bir neçə yüksək profilli istefalar olacaq. 

“Əziz həmvətənlər, mediada və sosial şəbəkələrdə gedən geniş müzakirələri nəzərə alaraq, bir sıra yüksək vəzifəli məmurların istefaya getməsini xahiş etdiyimi nəzərinizə çatdırmaq lazımdır. Onlardan bunu tələb etməyin səbəbləri şəxsi deyil, sistemli xarakter daşıyır ki, bu barədə mən açıq şəkildə danışmışam.  Eyni zamanda, yuxarıda adıçəkilən həmkarlarımızın dövlətçiliyimizin inkişafında xidmətlərini inkar edə bilmərəm, onların töhfəsinə və xahişimi başa düşdüklərinə görə minnətdaram”, - deyə, Paşinyan sosial şəbəkədə bildirib.

PAYLAŞ: