Ukrayna Ordusundan 100 mindən çox əsgər qaçıb? -AÇIQLAMA

Ukrayna Ordusundan 100 mindən çox əsgər qaçıb?
Hadisə 01-12-2024 - 19:57

Rusiya-Ukrayna müharibəsi başladığı tarixdən bu yana Ukrayna ordusunda 100 mindən çox əsgər fərarilik cinayətindən mühakimə olunub.

Ajans.az xəbər verir ki, bu barədə hərbi ekspert Aleksandr Kavalenko bildirib.

Fərarilik məsələsinə görə Ukrayna ordusunda ümidlər gündən günə puça çıxır və Rusiyaya qarşı müharibədə hazırlanmış planlar iflic olur. On minlərlə ukraynalı əsgər savaş ərazilərindən qaçır və kimliklərini gizlətməyə çalışırlar. Qaça bilməyənlər isə tibbi bəhanələrlə icazə alır və bir daha geriyə dönmürlər. Bu isə Rusiyaya qarşı müdafiə xəttlərinin boş qalmasına və bir sıra torpaqların itirilməsinə səbəb olur. Artıq müharibənin 3-cü ilidir və bu problem getdikcə daha da ciddiləşir -deyə ekspert narahatlığını dilə gətirib.

Cahan Seyidzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: