Ukrayna məğlub olsa, ABŞ etibarını itirəcək - KİV
Ukrayna Rusiya ilə münaqişədə məğlub olarsa, ABŞ etibarını itirəcək.
Ajans.az xəbər verir ki, bu barədə “The Guardian” Ukrayna təhlükəsizlik rəsmisinə istinadən məqalə yazıb.
“ABŞ Əfqanıstandan qoşunlarını çıxardıqdan sonra artıq böyük bir fəlakətlə üz-üzədir. Üç ildən sonra Ukraynanı itirsələr, bütün hərbi hakimiyyəti itirəcəklər”, - deyə Ukrayna rəsmisi bildirib.
Nəşrin həmsöhbətinin sözlərinə görə, Çin və Hindistan hesab edir ki, Vaşinqton qarşıdurmada birbaşa iştirak edir.