Ukrayna bu şərti yerinə gətirsə, Slovakiyadan silah ala biləcək!
Slovakiya Ukraynanı öz istehsalı olan silahlarla təmin edə bilər, ancaq bunu yalnız kommersiya əsasında gerçəkləşdirəcək.
Ajans.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Robert Fiko bildirib, onun sözlərini Blesk sitat gətirib.
“Əxlaqlı olmağı dayandırın. Müxtəlif silah-sursat almaq istəyənlər, qoy alsınlar. Biz satmasaq, başqaları satacaq”, - deyə Slovakiyanın baş naziri bildirib. Fiko həmçinin vurğulayıb ki, o, Slovakiya silahlarının Kiyevə “pulsuz” verilməsini rədd etməkdə davam edir.
Bundan əvvəl Fiko bildirib ki, Ukraynada münaqişənin tezliklə bitməsi ehtimalı həddən artıq yüksəkdir. O qeyd edib ki, oktyabrın 17-dən 18 -dək Brüsseldə keçiriləcək Avropa İttifaqının sammitində bu məsələnin müzakirəsində mümkün irəliləyiş gözləyir.