Məşhur futbolçu VƏFAT ETDİ
Rusiya millisinin və "Şinnik" və "Ural" klublarının sabiq futbolçusu Artem Enin 49 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə Yaroslavl "Şinnik"in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Enin "Şinnik"in heyətində 131 oyun keçirib və 6 qol vurub. Bundan əlavə, o, 1998-ci ildə Rusiya millisi və İspaniya oyunundan sonra məşhurlaşıb.