Türkiyənin Vitse-prezidenti Mehriban Əliyevanı təbrik etdi

Türkiyənin Vitse-prezidenti
Gündəm 29-03-2025 - 17:46

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Ajans.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Birinci vitse-prezident,

Zati-alinizin və qardaş Azərbaycan xalqının Ramazan bayramını səmimi-qəlbdən təbrik edir, bu mübarək bayramın İslam aləmi və bütün dünya üçün sülhə, əmin-amanlığa və səadətə vəsilə olmasını diləyirəm.

Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayıram”.

PAYLAŞ: