Ev almaq istəyənlərin NƏZƏRİNƏ! - QİYMƏTLƏR...

Ev almaq istəyənlərin NƏZƏRİNƏ! -
Cəmiyyət 02-04-2025 - 15:20

Son vaxtlar Bakıda vətəndaşlar və xüsusən alıcılar "əl yandıran" mənzil qiymətlərindən şikayətlənirlər. Vətəndaşların şikayəti məhz paytaxtda daşınmaz əmlak bazarının gündən-günə bahalaşması və tələbin təklifi üstələməsidir.

Məsələ ilə bağlı "Ajans.az"a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, mənzil bazarına tələbat yüksək səviyyədədir:

‘’Təəssüflər olsun ki, qiymətlər artmaqda davam edir. Həmçinin, ipotekaya müraciət edənlərin sayı kifayət qədərdir. Bazarda təklifin az olması səbəbindən qiymətlərin stabil artması müsbət nəticə vermir. Bu vəziyyət son 4-5 il ərzində tikinti şirkətlərinə binaların tikilməsi üçün icazələrin verilməməsi ilə bağlıdır. Bu məhdudiyyət tikinti bazarlarında rəqabəti azaldır və tikinti şirkətləri qalan mənzilləri daha yüksək qiymətə satırlar. Çox güman ki, bu il qiymətlərdə ucuzlaşma olmayacaq və mənzil bazarında qiymət artımı davam edəcək”.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: