Qlobal iqtisadiyyat bazarında krizlər hələ də DAVAM EDİR

Qlobal iqtisadiyyat bazarında krizlər hələ də
İqtisadiyyat 02-04-2025 - 15:55

ABŞ Prezidenti Donald Trampın bu gün elan edəcəyi tariflərlə bağlı qeyri-müəyyənlik qlobal bazarlarda qarışıq dinamikaya səbəb olub.

Ajans.az xəbər verir ki, Ağ Ev sözçüsü Karoline Leavitt bu barədə danışıb.

O, tariflərin dərhal qüvvəyə minəcəyini bildirərək, "2 aprel 2025 müasir Amerikan tarixinin ən önəmli günlərindən biri olacaq”, - deyə bildirib.

ABŞ Federal Ehtiyat Sisteminin (Fed) iyun ayında faiz endirimi edəcəyi gözlənilir. Analitiklər, tariflərin inflyasiyaya və iqtisadi yavaşlamaya təsir edə biləcəyini bildirirlər. ABŞ-nin 10 illik istiqraz faizləri 4,20%-ə yüksəlib. Neftin qiyməti 74,3 dollar, qızıl isə 3,126 dollar səviyyəsindədir.

Avropa Komissiyasının sədri Ursula von der Leyen, ABŞ-ın tariflərinə qarşı güclü cavab verməyə hazır olduqlarını açıqlayıb. Asiya bazarlarında isə qarışıq mənzərə müşahidə edilir. Çin və Yaponiya, tariflərin qlobal iqtisadiyyata təsirlərini müzakirə etməyə hazır olduqlarını bildiriblər.           

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: