Türkiyədə zəlzələ oldu
Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Menteşe rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.