Türkiyədə "Discord" skandalı, ciddi nəzarət - NAZİR AÇIQLADI
“Discord” və “Telegram”da cinayət məzmunu paylaşan daha 2 uşaq həbsdədir.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib. O bildirib ki, “Discord” və “Telegram” vasitəsilə cinayət xarakterli məzmun paylaşan daha 2 şəxs saxlanılıb. Ötən gecə “C31K” adlı qrupun idarəçiləri kimi tanınan E.K və A.T adlı vətəndaşlar yaxalanıb.
Yerlikaya sosial media paylaşımında kiber zorakılıqla mübarizənin davam edəcəyini bildirərək, “Milli-mənəvi dəyərlərimizi təhqir edən, ictimaiyyəti kin və düşmənçiliyə sövq edən, cinsi istismara səbəb olan, kiber zorakılıqla məşğul olanlara dözməyəcəyik. Övladlarımızı öz pis planları üçün alət kimi istifadə edirlər və azğın fikirlər hansı çuxurda gizlənsələr də, ortaya çıxacaq”, - deyə, bildirib.
Qeyd edək ki, “Discord” və “Telegram” skandalı bir neçə gündür ki, Türkiyədə davam edir. Bəzi şəxslər sözügedən platformalarda qanunauyğun olmayan paylaşımlar edir. Aidiyyatı qurumlar məsələni ciddi şəkildə nəzarətə götürüb.